Ucnoqta.az
www.ucnoqta.az

Somali yaxınlığında dəniz quldurları gəmiyə hücum edib

22:53 - 13 Mart 2024 tarixində dərc olunub.

Aİ-nin Atalanta dəniz missiyası Somali sahillərində Banqladeş bayraqlı gəmiyə pirat hücumunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə missiyanın X-də yaydığı məlumatda deyilir.

“Atalanta əməliyyatı Banqladeş bayraqlı “Abdulla” ticarət gəmisinə pirat hücumu hadisəsini təsdiqləyir” - missiyanın qeydində bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası