15 mart tarixindən etibarən Bakı şəhəri, 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.
Bu barədə Ucnoqta.az-a AAYDA-dan bildirilib. Məlumata görə, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur" - qeyd edilib.