Ucnoqta.az
www.ucnoqta.az

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib

12:26 - 13 Mart 2024 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov təyin olunub.

Müəllif: Ucnoqta.az redaksiyası