Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov polkovniki rəis TƏYİN ETDİ

12:11 - 13 Mart 2024 tarixində dərc olunub.

Xəzər Rayon Mühafizə İdarəsinə rəis təyin edilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər bir əmri ilə polis polkovnik-leytantı İkram Əhmədov Göyçay Regional Mühafizə rəisi vəzifəsinə təyin olunub.

Müəllif: Ucnoqta.az redaksiyası