Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə 17 avtomat, 1 pulemyot, 21 qumbara aşkarlanıb

10:07 - 13 Mart 2024 tarixində dərc olunub.

Polis əməkdaşları Xankəndidə iki gün ərzində xeyli silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası