Ucnoqta.az
www.ucnoqta.az

Rusiya, İran və Çin arasında hərbi dəniz təlimlərinin aktiv mərhələsi başlayıb

08:24 - 13 Mart 2024 tarixində dərc olunub.

Oman körfəzində Rusiya, İran və Çin arasında “Dəniz təhlükəsizlik kəməri 2024” təlimlərinin aktiv mərhələsi başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Varyaq” mühafizə-raket kreyseri və “Marşal Şapoşnikov” freqatının ekipajları “Dəniz təhlükəsizlik kəməri -2024” birgə beynəlxalq hərbi dəniz təlimi çərçivəsində İran və Çin Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birgə taktiki manevr və rabitə təlimi keçirib”, - departamentdən bildirilib.

Xatırladaq ki, “Dəniz təhlükəsizlik kəməri - 2024” beynəlxalq hərbi dəniz təlimləri 2018-ci ildən bəri altıncı dəfə keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası