Ucnoqta.az
www.ucnoqta.az

Məşhur elektronika şirkətinin vergi borcu 1,2 MİLYON MANATI KEÇDİ

19:04 - 12 Mart 2024 tarixində dərc olunub.

“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir. ///Apa

Müəllif: Ucnoqta.az redaksiyası