Ucnoqta.az
www.ucnoqta.az

Yunanıstan Prezidenti İlham Əliyevi təbrik edib

17:37 - 12 Mart 2024 tarixində dərc olunub.

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Sizi əmin edirəm ki, Yunanıstan xalqlarımızın mənafeyi, eləcə də daha geniş regionda sabitlik naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istəyir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz".

Müəllif: Ucnoqta.az redaksiyası