Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri postunu ən az tutan Arşak Karapetyanın vəzifədən uzaqlaşdırılmasının səbəbini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, noyabrın 14-də (2021-ci il - red.) səhər Arşak Karapetyan məlumat veribki, sərhəddə hər şey sakitdir.
"Eyni zamanda, onun məruzə etdiyi vaxt bəzi ərazilərdə Azərbaycan Silahlı Qüvvələri bir neçə mövqe tutdu. Bununla bağlı iki variant var: ya Karapetyanın bundan xəbəri yox idi, ya da bildi, amma xəbər vermədi. Belə hallarda belə məmurlara yarım saat da olsa dözməyəcəyəm” - Paşinyan vurğulayıb.