Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livana hava zərbəsi endirib

08:29 - 12 Mart 2024 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Baalbek şəhərinin kənarında, "Hizbullah" təşkilatının böyük dayağının yerləşdiyi əraziyə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hava hücumları Dar əl-Amal və Curd-Taraya bölgələrinə də edilib.

Müəllif: Ucnoqta.az redaksiyası