Ucnoqta.az
www.ucnoqta.az

KTMT sülhməramlı təşəbbüslərdə iştirakını genişləndirmək niyyətindədir

05:17 - 12 Mart 2024 tarixində dərc olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz məsuliyyət zonasından kənarda sülhməramlı təşəbbüslərdə iştirakını genişləndirməyi hədəfləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində təşkilatın baş katibi İmanqali Tasmaqambetov bildirib.

Tasmaqambetov xüsusilə vurğulayıb ki, sülhməramlı trasın genişləndirilməsi BMT kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx qarşılıqlı əlaqə olmadan mümkün deyil.

Müəllif: Ucnoqta.az redaksiyası