Ucnoqta.az
www.ucnoqta.az

Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

15:41 - 11 Mart 2024 tarixində dərc olunub.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ucnoqta.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

 



 

Müəllif: Ucnoqta.az redaksiyası