Ucnoqta.az
www.ucnoqta.az

"Hizbullah" İsrail ordusunun Colan təpələrindəki qərargahına zərbə endirib

15:13 - 11 Mart 2024 tarixində dərc olunub.

"Hizbullah" partiyasının silahlı qüvvələri Livanın cənubundan İsrail hərbçilərinin Colan təpələrindəki qərargahına pilotsuz uçuş aparatlarından istifadə edərək hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

İddia olunur ki, hərəkat tərəfdarları dörd PUA-dan istifadə edərək İsrail ordusunun hava və raketdən müdafiə qüvvələrinin qərargahına hücum ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası