Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə yeni doğulan körpə ölüb

10:47 - 11 Mart 2024 tarixində dərc olunub.

Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.

Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq körpə mart ayının 9-u dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası