Ucnoqta.az
www.ucnoqta.az

Cəbrayılda tank mərmisi aşkarlandı

10:00 - 11 Mart 2024 tarixində dərc olunub.

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunundan Ucnoqta.az-a verilən xəbərə görə, rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkarlanıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası