Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sıxlıq müşahidə edilən yollar -  SİYAHI

09:00 - 11 Mart 2024 tarixində dərc olunub.

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DIN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Zərifə Əliyeva küçəsində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası