Ucnoqta.az
www.ucnoqta.az

Günəşdə ikinci güclü partlayış baş verib

18:46 - 10 Mart 2024 tarixində dərc olunub.

İki gün ərzində Günəşdə ikinci güclü partlayış baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutu (FSBI IPG) məlumat verib.

Bildirilir ki, martın 10-da 3599 (S13W38) günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M7.4 alışması aşkar edilib.

Qeyd olunur ki, son 24 saat ərzində Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri R2 səviyyəsində olub ki, bu da mülayim göstəricidir.

Müəllif: Ucnoqta.az redaksiyası