Martın 8 və 9-da güclü maqnit qasırğası ilə bağlı xəbərdarlıq edilib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, günəş və geomaqnit aktivliyi ilə bağlı proqnozu ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi dərc edib.
Martın 8-də K indeksi 4 (sarı səviyyə) olan güclü maqnit qasırğası gözlənilir ki, bu da martın 9-da daha da güclənəcək - K indeksi 5 olan qırmızı səviyyəyə çatacaq və insanların səhhətinə təsir edəcək.