Ucnoqta.az
www.ucnoqta.az

Kazan Tank Məktəbində yanğın baş verib

13:47 - 7 Mart 2024 tarixində dərc olunub.

Rusiyada yanğın Kazan Ali Tank Komandanlığı Məktəbinin ərazisində baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Hazırda məktəbin ərazisində tüstü var. Yanğın binalardan birində ikinci mərtəbədə baş verib", - agentliyin həmsöhbəti bildirib.

Hazırda yanğın söndürülməsi istiqamətində iş aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası