Ucnoqta.az
www.ucnoqta.az

Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

13:08 - 7 Mart 2024 tarixində dərc olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası