Ucnoqta.az
www.ucnoqta.az

Ancelotti həbs olunacağı xəbərinə münasibıt bildirdi

08:06 - 7 Mart 2024 tarixində dərc olunub.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya prokurorlarının 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro gizlətdiyinə görə mütəxəssisə 4 il 9 ay həbs istəməsi ilə bağlı məlumata münasibət bildirib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Marca yazıb. 

“Mən artıq cəriməni ödəmişəm, pul artıq prokurorluqdadır. Mən əminəm ki, günahsızam, 2015-ci ildə qeyri-rezident olmuşam. Görək hakim nə qərar verəcək”, - Ançelotti bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası