Ucnoqta.az
www.ucnoqta.az

Bakının mərkəzində yolda qazıntı ilə bağlı hərəkət məhdudlaşdırılıb - FOTO

18:01 - 6 Mart 2024 tarixində dərc olunub.

Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində yolda qazıntı işləri aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən nəzərə almaları xahiş edilir.

Müəllif: Ucnoqta.az redaksiyası