Ucnoqta.az
www.ucnoqta.az

“Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır - Agentlik direktoru

12:35 - 6 Mart 2024 tarixində dərc olunub.

Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 329 məktəbdə pilot şəklində tətbiq olunan layihə 322 mindən çox şagirdi əhatə edir: "Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb".

Müəllif: Ucnoqta.az redaksiyası