Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tanınmış restoranda dava: Bıçaqlanan var

08:18 - 6 Mart 2024 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası