Ucnoqta.az
www.ucnoqta.az

Şuşada silah-sursat aşkarlanıb

11:36 - 5 Mart 2024 tarixində dərc olunub.

Polis əməkdaşları Şuşada müxtəlif markalı silahlar aşkar ediblər.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası