Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə yeni kamikadze dron istehsal edib

18:27 - 4 Mart 2024 tarixində dərc olunub.

Türkiyə yeni kamikadze dron istehsal edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, “AZAT FPV” dronu Qətərdəki müdafiə sənayesi sərgisində nümayiş olunub.

Onun 3 fərqli ölçüdə, 2 növü var. Çəkisi 2 kiloqramdır. 800 qram yük daşıya bilən dron havada 20 dəqiqə qalır.

Dronun konkret olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası