Ucnoqta.az
www.ucnoqta.az

Bu rayonun xəstəxanasına yeni baş həkim təyin edildi

15:25 - 4 Mart 2024 tarixində dərc olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Baş həkim təyin edilib. Xəstəxananın Baş həkim vəzifəsi Asif Əhmədova həvalə olunub.

A. Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası