Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və Cənubi Koreya birgə manevrlərə başlayıb

15:21 - 4 Mart 2024 tarixində dərc olunub.

Koreya Respublikası və ABŞ hərbçiləri martın 4-də başlayan daha böyük Azadlıq Qalxanı təliminin bir hissəsi olaraq təxminən 20 qırıcı təyyarənin iştirak etdiyi Buddy Squadron hava manevrlərinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Tərəflər beş gün davam edəcək manevrlərə F-15K və F-16 qırıcılarını cəlb edəcəklər. Bildirilir ki, müttəfiqlər düşmən təyyarələrinə qarşı müdafiə tədbirləri həyata keçirəcəklər. 

Müəllif: Ucnoqta.az redaksiyası