Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda mikroavtobus çaya aşıb, yaralanan var - FOTO

09:44 - 1 Mart 2024 tarixində dərc olunub.

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Ford” markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası