Ucnoqta.az
www.ucnoqta.az

Təranə Səmədova hökmdən narazıdır - Apellyasiya şikayəti verib

13:19 - 28 Fevral 2024 tarixində dərc olunub.

Prodüser Təranə Səmədova və onunla birgə məhkum edilmiş Rasim Həsənov hökmdən narazıdırlar.

Ucnoqta.az qafqazinfo.az-a istinadla xəbər verir ki, vəkillər müvəkkilləri haqda ittihamedici hökmdən apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində xanım prodüser və tanışının özlərini təqsirsiz hesab etdikləri qeyd edilərək, bəraət qərarı çıxarılması xahiş edilib. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.

Müəllif: Ucnoqta.az redaksiyası