Baş Prokuror Kamran Əliyev tərəfindən daha 4 rayona prokuror təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və həmin vəzifələrə təyin olunub.