Ucnoqta.az
www.ucnoqta.az

Norveç kralı V Harald Malayziyada xəstəxanaya yerləşdirilib

19:48 - 27 Fevral 2024 tarixində dərc olunub.

Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Norveçin NRC yayım korporasiyası yazıb.

Bildirilir ki, 87 yaşlı monarxa həm yerli, həm də norveçli mütəxəssislər tərəfindən bütün lazımi yardımlar göstərilir.

Müəllif: Ucnoqta.az redaksiyası