Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda iki avtomobil toqquşub, sürücü ölüb

18:25 - 27 Fevral 2024 tarixində dərc olunub.

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1966-ci il təvəllüdlü Çingiz Kazımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası