Moskvanın Basmannı məhkəməsi azərbaycanlı döyüşçü Cabbar Yusifi silah satdığına görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə Yusifi D.A.O.-nu 222-ci maddənin 2-ci hissəsi (qanunsuz olaraq odlu silahı, onların əsas hissələrini, döyüş sursatlarını satma) ilə təqsirli bilib və üç il iki ay müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmədə bildirilib.
Yusifi 2023-cü ilin martında yol polisi tərəfindən saxlanılıb. Moskva Dairəvi Yolunda yol polisi postunun yol müfəttişləri sürücünün sənədlərini yoxlamaq üçün maşını saxlamaq istəyiblər, lakin o, onlara məhəl qoymayıb, təqib başlayıb və həyətlərin birində sürücü maşını tərk edərək qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq üçün atəş açmağa məcbur olublar.
Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Azərbaycan əsilli Cabbar Yusifidir. Rusiya Federasiyası onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarırdı. Həbs zamanı həmin şəxsin üzərindən tapança aşkar edilib.
Yusifi yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibində Gənclərin Olimpiya Oyunlarında çıxış edib, pankration üzrə Rusiya çempionatının qalibi olub.