Ucnoqta.az
www.ucnoqta.az

Atanın qızına qarşı zorakılığı araşdırılır

11:21 - 20 Fevral 2024 tarixində dərc olunub.

Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, nazirlik görüntülərdən məlumatlıdır, məsələ nəzarətə götürülüb:

"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək", - deyə DİN-in məlumatında qeyd olunur.

Müəllif: Ucnoqta.az redaksiyası