Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

10:44 - 20 Fevral 2024 tarixində dərc olunub.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, Aİ Şurasının müvafiq qətnaməsi Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

“2022-ci il tarixli 266 nömrəli qərara uyğun olaraq məhdudlaşdırıcı tədbirlər daha 12 ay, 24 fevral 2025-ci il tarixinədək uzadılsın”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Aİ-nin bu günə qədər gördüyü bütün tədbirləri saxlamaq və lazım gələrsə, əlavə tədbirlər olunmalıdır.

Müəllif: Ucnoqta.az redaksiyası