Ucnoqta.az
www.ucnoqta.az

Sürücülük vəsiqəsi olmayan vəzifəli şəxs ağır qəzada öldü

10:50 - 20 Fevral 2024 tarixində dərc olunub.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədədli ərazi nümayəndəsi Fərrux Cabbarov ağır yol qəzası törədib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü F.Cabbarovun idarə etdiyi “Lada Priora” markalı avtomobil ötən gecə saat 01 radələrində Quzanlı qəsəbəsi ərazisində qəzaya düşüb. Belə ki, icra nümayəndəsinin sürdüyü avtomobil yoldan çıxaraq ağaca çırpılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı vəzifəli şəxsin sürücülük hüququnun olmaması, avtomobilin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi üzə çıxıb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası