Ucnoqta.az
www.ucnoqta.az

Qızılcaya yoluxan 9 yaşlı qız xəstəxanada ölüb

08:18 - 20 Fevral 2024 tarixində dərc olunub.

Gəncədə azyaşlı qız xəstəxanda ölüb

Ucnoqta.az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız xəstəxanada ölüb. Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata görə azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.

Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Müəllif: Ucnoqta.az redaksiyası