Ucnoqta.az
www.ucnoqta.az

Bakıda toz normadan iki dəfə artıqdır

09:53 - 19 Fevral 2024 tarixində dərc olunub.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7-2 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

Müəllif: Ucnoqta.az redaksiyası