Ucnoqta.az
www.ucnoqta.az

"Bavariya" ardıcıl üçüncü matçında məğlub olub

00:15 - 19 Fevral 2024 tarixində dərc olunub.

"Bavariya" Bundesliqada "Bohum"a uduzub

Ucnoqta.az xəbər verir ki, Almaniya çempionatının 22-ci turunun matçında "Bohum"a məğlub olan "Bavariya" bütün turnirlərdəki məğlubiyyət seriyasını 3 görüşə çatdırıb.

Münhen klubu 77-ci dəqiqədən müdafiəçi Deotşankil Yupamekanonun qırmızı vərəqə alaraq meydandan qovulması səbəbindən on nəfərlə oynayıb.

“Bohum”la oyundan əvvəl “Bavariya” Çempionlar Liqasının 1/8 finalında “Bayer” (0:3) və “Latsio”ya (0:1) uduzub.

Müəllif: Ucnoqta.az redaksiyası