Ucnoqta.az
www.ucnoqta.az

Sevinc Tofiqqızı "General Polad Həşimov" medalı ilə təltif edildi - FOTO

16:57 - 17 Fevral 2024 tarixində dərc olunub.

Bəstəkar Sevinc Tofiqqızı "General Polad Həşimov" adına qızıl medal ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, "Azərbaycan -Ukrayna" Beynəlxalq Alyansının idarə heyyətinin qərarı ilə  Azərbaycan  incəsənət sahəsində  göstərdiyi yüksək xidmətlərinə görə vətənpərvər mahnıları ilə Türk dünyasının tanınmış bəstəkarı Sevinc Tofiqqızına Alyansın sədri Elmar Məmmədov tərəfindən "Polad Həşimov" adına qızıl medalı təqdim edilib.

Tədbirdə General Polad Həşimovun anası Səmayə xanımda iştirak etmiş və bəstəkara gələcək fəaliyyətində uğurlar arzulayıblar.
"Azərbaycan- Ukrayna" alyansının sədri Elmar Məmmədov bəstəkar Sevinc Tofiqqızına şəxsi həyatında və fəaliyyətində uğurlar arzulayıb.
Bəstəkar Sevinc Tofiqqızı "Azərbaycan - Ukrayna" alyansının  idarə heyyətinə öz təşəkkürünü bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası