Ucnoqta.az
www.ucnoqta.az

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib - FOTO

12:06 - 17 Fevral 2024 tarixində dərc olunub.

Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Fevralın 15-i Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda da qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşaq və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə tutulur, təxminən 100 min uşaq bu xəstəlikdən vəfat edir.

Ucnoqta.az xəbər verir ki, 16 fevral 2024-cü il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində 15 fevral Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib. Sərgidə uşaqların əl işlərindən ibarət rəsmlər nümayiş olunub.

Müəllif: Ucnoqta.az redaksiyası