Ucnoqta.az
www.ucnoqta.az

Bakıya eniş edən təyyarə Gəncəyə yola düşüb

19:03 - 16 Fevral 2024 tarixində dərc olunub.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumatda bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası