Ucnoqta.az
www.ucnoqta.az

Fikrət Məmmədovun yerinə YENİ TƏYİNAT

15:17 - 16 Fevral 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədov olub.

Müəllif: Ucnoqta.az redaksiyası