Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada

13:55 - 16 Fevral 2024 tarixində dərc olunub.

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandası açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, "Sofascore" statistik portalının tərtib etdiyi 11-likdə Azərbaycan təmsilçisi "Qarabağ"ın 3 futbolçusu yer alıb. Qapıçı Andrey Lunyov (7,9), Marko Yankoviç (8,0) və Abdullah Zubir (9,0) xalla qiymətləndirilib.

Xatırladaq ki, "Qarabağ"ın "Braqa"ya qalib gəldiyi (2:4) oyunda Zubir 2 qol vurub, 1 qol ötürməsi edib. Yankoviç isə penaltidən dəqiq olub.

Müəllif: Ucnoqta.az redaksiyası