Ucnoqta.az
www.ucnoqta.az

Daha bir avtobus marşrutu kartla işləyəcək

16:29 - 15 Fevral 2024 tarixində dərc olunub.

Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, fevralın 17-dən “20 Yanvar” metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Müəllif: Ucnoqta.az redaksiyası