Ucnoqta.az
www.ucnoqta.az

İsrail qırıcıları Livandakı Hizbullah hədəflərinə zərbələr endiriblər

14:46 - 15 Fevral 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) qırıcıları Livandakı Hizbullahın onlarla hərbi obyektinə, o cümlədən raket obyektlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail hərbi təyyarələri Livanda Vadi Saluki bölgəsində “Hizbullah”ın onlarla terror obyektini, o cümlədən raket obyektləri, hərbi obyektlər və terror infrastrukturu obyektlərini vurublar.

Müəllif: Ucnoqta.az redaksiyası