Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağrılıb

14:30 - 14 Fevral 2024 tarixində dərc olunub.

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağrılıb.

Ucnoqta.az xəbər verir ki, Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini Estoniyanın baş naziri Kaja Kallasın axtarışları ilə əlaqədar XİN-ə çağrılıb. 

Məlumata görə, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini Kaja Kallas və Estoniyanın dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah etmək üçün çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası