Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusunun iki hərbçisi həlak olub

08:53 - 12 Fevral 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə daha iki əsgərini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Qəzza zolağının cənubunda iki əsgər həlak olub. Beləliklə, münaqişənin kəskinləşməsindən bəri İsrail ordusunun ümumi itkiləri 566 nəfərə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası