Ucnoqta.az
www.ucnoqta.az

Prezident PUA-nı idarə etdi - VİDEO

23:31 - 9 Fevral 2024 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib.

“Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.

Ucnoqta.az həmin görüntüləri təqdim edir:

Müəllif: Ucnoqta.az redaksiyası